Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ətirdən və tonikdən çox istifadə etməyin FƏSADLARI

Ətirdən və tonikdən çox istifadə etməyin FƏSADLARI

Tarix: 19 Mart 2023 12:21

Qadınlar ilin hər fəslində özlərinə qulluq etməlidirlər. Lakin dərinin qışda daha çox qayğı və diqqətə ehtiyacı olur.

Sonxeber.net Lent.az-a istinadən qışa özəl baxım barədə yanlışları və doğruları sizə təqdim edir:

Dodaqlarınıza qayğı göstərin

Dodaqlar üzümüzdəki ən həssas nahiyəmizdir. Digər bölgələr kimi yağ ifraz etmə imkanı olmadığından daha çox quruyur və həssaslaşır. Həm soyuq həm də isti onu qurudub çatlada bilər. Odur ki, dodaqlarınıza daha çox qulluq etməlisiniz. Bunun üçün, nəmləndiricilər istifadə edə bilərsiniz. Onların daha yumşaq olması üçün hər səhər yuxudan oyandıqdan sonra diş fırçasını azca zeytun yağına batırın və dodaqlarınızı ovalayın. Bu zaman dodaqlarındınız ölü dərilərdən təmizlənmiş olacaq.

Qatı sabunlardan istifadə etməyin

Qışda dərimiz yalnızca soyuq havalardan deyil, istifadə etdiyimiz məhsullardan da zərər görə bilər. Özəlliklə qatı sabunlar dərini qurudur. Lipit (yağ) təbəqəsinə zərər verir və dərinin həssaslaşmasına səbəb olur. Dermatoloqlar qatı sabunlar yerinə yağlardan və ya krem təmizləyicilərdən istifadə etməyi məsləhət görürlər.

Nəmləndiricidən istifadə edin

Nəmləndirmə sağlam bir dəri üçün vaz keçilməzdir. Ancaq qış aylarında dərimiz daha həssas olduğundan, nəmləndirilməyə də daha çox ehtiyacı olur. Bunun üçün nəmləndirici kremlərdən istifadə edə bilərsiniz. Həmçinin nəmləndirici masqaları da təcrübədən keçirməyə dəyər.

Ətirdən çox istifadə etməyin

Əksər ətirlərin tərkibində spirt olur və bu, dərini qurudur. Dərini həssaslaşdıran ətirləri birbaşa dərinizə deyil paltarlarınızın üzərinə vurun.

Günəşə qarşı kremdən istifadə edin

Havalar soyuduqdan sonra günəşə qarşı kremlərdən istifadəni azaldırıq. Lakin dermatoloqlar günəşin zərərli şüalarının hər cür hava şəraitində mövcud olduğunu və dərinin qorunması üçün 30 SPF-lıq bir günəş kremindən istifadə olunmasını məsləhət görürlər. Günəş kremləri həmçinin dərinizi yumşaq saxlayır, qırışların yaranmasının qarşısını alır, bundan əlavə sizi dəri xərçəngi təhlükəsindən də qoruyur.

Həddindən artıq tonik işlətməyin

Toniklər isti havada dərinizə yenilik və canlılıq qatar. Lakin soyuq havada tam əks reaksiya göstərər və dərinizi qurudar. Qeyd edək ki, tərkibində spirt olan toniklər dərinin təbii yağını qurudur.

Uzun müddətli isti duşlardan qaçın

Dərini qurudan digər səbəb uzun müddət isti suyun altında qalmağınızdır. Həkimlər qısa vaxtda və ilıq suyla duş almağınızı məsləhət görürlər.


Etiketlər:  Ətirdən tonikdən çox istifadə etməyin FƏSADLARI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ