Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İnşallah, gəlini dediyi kimi olar'' - Könülə etiraz etdilər

''İnşallah, gəlini dediyi kimi olar'' - Könülə etiraz etdilər

Tarix: 20 Mart 2023 04:40

Xəbər verdiyimiz kimi, Əməkdar artist Könül Kərimova bir müddət əvvəl "Gəlin mənim süpürgəmdir, harada desəm, orada dayanacaq" sözlərinə görə tənqid olunmuşdu.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, "MTV maqazin" sənətçinin fikirləri ilə bağlı şou-biznes nümayəndələri arasında sorğu aparıb.

Müğənni Manaf Ağayev "Könül xanım onu pis niyyətlə demir, atalar sözüdür. Təbii ki, gəlini gətirənlər başına and içir. Bu deyimdir, onu heç kim süpürgə əvəzinə işlətmir", deyə söyləyib.

Xatun Əliyeva isə "Yox, bir ananın balasıdır. Mənim qızım kimidir, elə şey etmək olar? Buna düzgün baxmıram. Amma ağıllı böyük yaxşıdır ki, başa salsın. Gəlinimin sevgisi mənə xoş təsir bağışlayır. Mən də ona qarşılıq verirəm" reaksiyasını verib.

Dilarə Əliyeva isə sənətçinin zarafat etdiyini bildirib. 

Türkan Vəlizadə "Könül xanımın fikrinə hörmətlə yanaşıram. İnşallah, gəlini onun dediyi kimi olar. O, gəlininin süpürgə kimi qalmasını istəyir. Mən kiminsə evində elə yox, xanım olmaq istəyirəm" cavabını verib.

Şəbnəm Tovuzlu da fikrini bildirərək "Düzgün baxmıram, hər qız bir ananın övladıdır. Heç vaxt süpürgə yox, gözəl ana ola bilər" deyib.

Aysel Əlizadə "Bu, deyilən sözdür. Ailələrdə elə bir yanaşma yoxdur. Bunlar xasiyyətlə bağlı olan şeylərdir. Elə gəlin var ki, bu münasibətə layiq deyil" söyləyib.

"Heç bir qadın süpürgə deyil. Ola bilər ki, uşaq olsun. Onu başa salmaq lazımdır. Heç kim istəməz ki, onun qızı hansısa ailədə süpürgə olsun" deyə, Zemfira İbrahimova bildirib.

Nura Suri isə "Qadın qulluqçudur? Qazanıb gətirən, hər şeylə təmin edən kişidirisə, ona qulluq etmək olar. Ailədə işləri, sevinci də bölüşmək lazımdır" deyə, qadınları müdafiə edib.


Etiketlər:  İnşallah gəlini dediyi kimi olar Könülə etiraz etdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ