Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2023 20:36
Braziliyanın ən məşhur teleaparıcılarından biri 56 yaşlı Klaudiya Rayya ana olub.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, o, hamiləliyinin özü üçün sürpriz olduğunu bildirib. Əvvəllər süni mayalanma yolu ilə dəfələrlə övlad sahibi olmaq istəyən aparıcının bütün cəhdləri nəticəsiz qalıb. O, nəhayət uşaq arzusundan imtina edib.
Artıq bir neçə ildir menopauza dövrünə qədəm qoymuş aparıcının həkimi, doktor Ginsburq bu hamiləliyi tibb elmi üçün möcüzə adlandırıb.
"55 yaşdan yuxarı qadınların hamiləliyi zamanı sağlam övlad doğmaq şansı 1 faiz təşkil edir. 45 yaşdan sonra hamiləliyin yarımçıq kəsilməsi ehtimalı 80 faizdir. Menopauza dövrünü yaşayan qadının 56 yaşda sağlam uşaq doğması möcüzədir"- deyə o bildirib.