Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Koroğlu“ operası Lütfiyar İmanova həsr ediləcək

“Koroğlu“ operası Lütfiyar İmanova həsr ediləcək

Tarix: 30 Mart 2023 13:48

Aprelin 17-də Azərbaycanın görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Lütfiyar İmanovun 95 yaşı tamam olur. L. İmanov uzun illər Opera və Balet Teatrının solisti olmuş və bu Teatrın səhnəsində yadda qalan obrazlar yaratmışdır. Müğənninin yaradıcıllığında Ü. Hacıbəylinin "Koroğlu" operasındakı Koroğlu obrazı xüsusi bir yer tutur. Opera və Balet Teatrının kollektivi "Koroğlu" operasının aprelin 1-də keçiriləcək tamaşasını məhz L.İmanovun 95 illik yubileyinə həsr etmişdir.

Tamaşada Koroğlu partiyasını Xalq artisti Samir Cəfərov, Nigar rolunu isə Əməkdar artist İlahə Əfəndiyeva ifa edəcəklər. Opera tamaşasında həmçinin Əməkdar artistlər Cahangir Qurbanov (Həsən xan), Tural Ağasıyev (Həmzə bəy), gənc solistlərdən Mahir Tağızadə, Fəhmin Əhmədli,Taleh Yahyayev, Aytən Məhərrəmova və b. çıxış edəcəklər.

Tamaşanın rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Milli.Az


Etiketlər:  Koroğlu operası Lütfiyar İmanova həsr ediləcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR