Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zöhrabyan: Paşinyanın BUNA cəsarəti çatmaz

Zöhrabyan: Paşinyanın BUNA cəsarəti çatmaz

Tarix: 31 Mart 2023 07:45

Ermənistanın baş naziri Nikol Paşinyanın Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Əsasnaməsini ratifikasiya üçün ölkə parlamentinə göndərməyə cəsarəi çatmaz.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu fikir Ermənistan parlamentinin eks-deputatı, ictimai xadim Naira Zöhrabyan tərəfindən səslənib.

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsində bu sənədin Əsas Qanuna uyğunluğu məsələsinə baxılması və Roma Statutunun Konstitusiyaya zidd olmadığı barədə qərarın çıxarılması xarici qüvvələrin iradəsinin yerinə yetirilməsi olub. Bununla belə, Paşinyanın məsələni sona qədər görməyə cəsarəti çatmır. Zöhrabyanın fikrincə, Paşinyan bununla qondarma "DQR"i mövcudluğunu heçə endirir.

"Ermənistan Roma Əsasnaməsini ratifikasiya etməyə hazır olduğunu açıq şəkildə bildirdikdə, Rusiya tərəfi də Azərbaycan tərəfinin alternativ torpaq yolu bağlaması məsələsinə qarışmaya bilər", - deyə Zohrabyan söyləyib.


Etiketlər:  Zöhrabyan Paşinyanın BUNA cəsarəti çatmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ