Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sankt-Peterburqda jurnalistin qətlində şübhəli bilinən qadın saxlanılıb

Sankt-Peterburqda jurnalistin qətlində şübhəli bilinən qadın saxlanılıb

Tarix: 3 Aprel 2023 07:34

Sankt-Peterburqda hərbi jurnalist Vladlen Tatarskini qətlə yetirməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Darya Trepova saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İnterfax hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

İstintaq Trepovanı kafeyə içərisində partlayıcı qurğu quraşdırılmış Tatarskinin büstü olan qutu gətirməkdə şübhəli bilir.

78.ru saytı mənbəyə istinadən xəbər verir ki, OMON və FTX əməkdaşları saxlanılan şəxsin mənzilinə daxil olublar.

"Məlum olub ki, Peterburq sakini Darya Trepova müxtəlif vaxtlarda Ukraynadakı xüsusi hərbi əməliyyatın (müharibənin-red.) əleyhinə aksiyalarda iştirak edib və inzibati cəzalar alıb", deyə Rusiyanın Telegram kanallarının yaydığı məlumatda qeyd olunub.

Milli.Az


Etiketlər:  Sankt Peterburqda jurnalistin qətlində şübhəli bilinən qadın saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ