Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti Əhməd Bakıxanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib - FOTO

Xalq artisti Əhməd Bakıxanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib - FOTO

Tarix: 3 Aprel 2023 17:36

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdən əvvəl qonaqlar mərkəzin foyesində sənətkarın həyat və yaradıcılıq yolunu əks etdirən fotosərgi ilə tanış olublar.

Bədii hissədə Əməkdar incəsənət xadimi Hafiz Quliyev Əhməd Bakıxanovun Azərbaycan xalq musiqisinin inkişafındakı rolundan danışıb.Qeyd olunub ki, Ə.Bakıxanov ömrünün çox hissəsini musiqi kadrlarının hazırlanmasına həsr edib. Yaratdığı ansambl bir çox görkəmli xanəndələri - Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Zülfü Adıgözəlovu və digər görkəmli xanəndələri müşayiət edərək geniş konsert proqramları ilə insanların zövqünü oxşayıb. Azərbaycan xalq musiqisinin, xüsusilə muğamların təbliğində Əhməd Bakıxanovun böyük xidməti var. Onun yaratdığı bir çox melodiyalar, rənglər xalq ifaçılığında geniş yayılıb.

Musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunmaqdadır.

Tədbir BMM-nin solistlərinin ifasında təqdim olunan konsert proqramı ilə davam edib.


Etiketlər:  Xalq artisti Əhməd Bakıxanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib FOTO


RƏYLƏR