Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ticarət katibinin köməkçisi: ABŞ Orta Dəhlizin inkişafını dəstəkləyir

Ticarət katibinin köməkçisi: ABŞ Orta Dəhlizin inkişafını dəstəkləyir

Tarix: 4 Aprel 2023 16:56

"ABŞ Orta Dəhlizin inkişafını dəstəkləyir. Bu təşəbbüsün inkişafı, Orta Dəhlizin tam işlək vəziyyətə gətirilməsi ticarət imkanlarını, dövriyyəni artıracaq".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ABŞı Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi və ABŞ və xarici Ticarət Xidmətləri üzrə baş direktoru Arun Venkataraman media üçün brifinqdə bildirib.

"ABŞ həqiqətən də Orta Dəhlizin inkişafını ciddi şəkildə dəstəkləyir. Biz yalnız Azərbaycan hökumətinin deyil, bütün regiondakı ölkələrin və tərəfdaşlarımızın Orta Dəhlizi fəal fəaliyyət göstərən bir layihəyə çevirmək üçün göstərdikləri səyləri ciddi şəkildə dəstəkləyirik. Biz anlayırıq ki, Orta Dəhlizin dayanıqlı və effektiv olması region boyu ticarət axınını gücləndirəcək və Orta Dəhliz boyu ölkələrin vətəndaşlarının xeyrinə olacaq. Biz Azərbaycanı və region boyu ölkələri müxtəlif layihələrdə və proqramlarda dəstəkləyirik, ancaq eyni zamanda, ABŞ-ın özəl sektorunun logistika, nəqliyyat, rəqəmsallaşma sahəsində təcrübəsinin gətirilməsinin də Orta Dəhlizin uğurlu olmasına imkan verəcəyinə inanırıq", - o deyib.

Amerikalı rəsmi ölkəsinin özəl şirkətlərin hansı ölkəyə və ya regiona investisiya qoyacağını yönləndirmədiyini deyib. O qeyd edib ki, ölkəsi ABŞ şirkətlərinin Azərbaycanın bütün bölgələrində fəaliyyətini dəstəkləyir.

Milli.Az


Etiketlər:  Ticarət katibinin köməkçisi ABŞ Orta Dəhlizin inkişafını dəstəkləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ