Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2019 10:40
Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin qərbindəki İzmir vilayətində yük qatarı relsdən çıxıb.
Trend-in məlumatına görə, qəzaya səbəb yağışdan sonra relsin altındakı qruntun çökməsi olub.
Hadisə nəticəsində yeddi vaqon relsdən çıxıb.
Xəsarət alanların olmadığı və qatarların hərəkət cədvəlində ləngimələrin yaranmadığı deyilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin