Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Külək aparıb” deyildiyi hava şarının əslində kəşfiyyat topladığı təsdiqləndi

“Külək aparıb” deyildiyi hava şarının əslində kəşfiyyat topladığı təsdiqləndi

Tarix: 4 Aprel 2023 20:52

Bu ilin fevral ayının əvvəlində ABŞ üzərində görünən Çin hava şarı ABŞ hərbi obyektlərinin bir neçəsindən kəşfiyyat məlumatları toplamağa nail olub.

Bu barədə "NBC News" iki yüksəkrütbəli amerikalı rəsmiyə istinadla xəbər verir.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, bu, Bayden administrasiyasının şarın məlumat toplamasına mane olmaq cəhdlərinə baxmayaraq baş verib.

Nəşrin üç həmsöhbətinin fikrincə, administrasiyanın səyləri olmasaydı, Pekin daha çox kəşfiyyat məlumatı toplaya bilərdi.

Xatırladaq ki, fevralın 5-də amerikalı hərbçilər Cənubi Karolina üzərində Çin aerostatını vurublar. Çin hökuməti bunun nəzarəti itirmiş meteoroloji zond olduğunu və külək səbəbindən kursdan çıxdığını iddia edib, lakin ABŞ səlahiyyətliləri bunun casus məqsədli olduğunu deyiblər.


Etiketlər:  Külək aparıb deyildiyi hava şarının əslində kəşfiyyat topladığı təsdiqləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ