Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Falkao ''Real''a qarşı oynayacaq? – Terim açıqladı

Falkao ''Real''a qarşı oynayacaq? –  Terim açıqladı

Tarix: 19 Oktyabr 2019 11:04

"Qalatasaray"ın zədəli futbolçusu Radamel Falkao Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Real"la qarşılaşacaqları matçda meydanda olmağı sual altındadır.

Qol.az-ın məlumatına görə, bu barədə İstanbul klubunun baş məşqçisi Fatih Terim Superliqanın 8-ci turunda “Sivasspor”la oyundan (3:2) sonra mətbuat konfransında danışıb.

O, 33 yaşlı hücumçunun ağrılarının olduğunu deyib:
"Falkao bildirdi ki, ağrılarım var. 17-18 gündür ki, futbol oynamır. Məşqlərə belə çıxmır. Oynamağını istəyirik, amma necə oynayacaq, bilmirəm".

Qeyd edək ki, "Qalatasaray" - "Real" matçı oktyabrın 22-si, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 


Etiketlər:  Falkao Reala qarşı oynayacaq Terim açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ