Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyevin Düşənbədə rəsmi qarşılanma mərasimi olub - FOTO

İlham Əliyevin Düşənbədə rəsmi qarşılanma mərasimi olub - FOTO

Tarix: 5 Aprel 2023 14:30

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbədə Millət Sarayında rəsmi qarşılanma mərasimi olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın və Tacikistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Azərbaycanın və Tacikistanın Dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev əsgərləri salamladı.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Tacikistanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Emoməli Rəhmona təqdim edildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycan və Tacikistan prezidentləri birgə foto çəkdirdilər.

Milli.Az


Etiketlər:  İlham Əliyevin Düşənbədə rəsmi qarşılanma mərasimi olub FOTO


RƏYLƏR