Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ocaq Sport” klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyi çox gözəl təşkil olunub - Yarış mükafatçısı

“Ocaq Sport” klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyi çox gözəl təşkil olunub - Yarış mükafatçısı

Tarix: 5 Aprel 2023 17:06

"Ocaq Sport" klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyi çox gözəl təşkil olunub.

Bu barədə çərşənbə günü yarışda balacalar (2013-2015-ci il təvəllüdlü) yaş kateqoriyası üzrə ikinci yer tutmuş İnci İslamova deyib.

"Yarışlarda çox gözəl abu-hava var. Tribunalarda tamaşaçılar var, onların çoxu idmançıları dəstəkləmək üçün plakatlarla gəliblər. Birinciliyin böyük maraq doğurduğunu görmək elə xoşdur ki... Çıxışıma gəlincə, uğurlu keçdi. Buna qədər Bakıda yerləşən Milli Gimnastika Arenasında və Şəki şəhərindəki turnirdə çıxış etmişəm, buna görə də artıq yarış təcrübəm var", - "Ocaq Sport" klubunun 8 yaşlı yetirməsi deyib.

Bu gün topla və predmetsiz hərəkətlə çıxış edən gimnastın sözlərinə görə, birinciliyə hazırlıq səmərəli keçib.

"Məşqlərdə məşqçi ilə elementləri işləmişik, predmetlə hərəkət texnikası üzərində çalışmışıq. Birinciliyə hazırlaşarkən bütün nöqsanları aradan qaldırmağa çalışırdım", - gənc gimnast deyib.

Qeyd edək ki, 4-5 aprel tarixlərində Bakı Olimpiya İdman Kompleksində "Ocaq Sport" klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyi keçirilir.

Yarışda "Ocaq Sport" klubu, "Abşeron OİK", "Ağdaş" OİK, "İOEUG" Gimnastika Məktəbi, "Gəncə" OİK, "Ocaq Sport" klubunun Hövsan bölməsi, "Şağan" OİK, "Grasiya" İK və "Sumqayıt" OİK "Qusar" OİK, "Kür" Olimpiya Tədris İdman Mərkəzi, "Qax" OİK, "RKİM", "Şəmkir" Gənclər Evi, "Su İdman Sarayı" və "Zirə" Mədəniyyət Mərkəzi Eko-Park-dan 340 gənc gimnast iştirak edir.

Birincilikdə gimnastlar fərdi proqramla yanaşı, qrup hərəkətləri proqramı ilə çıxış edirlər.

Yarışlar balalar (2016-2017-ci il), balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-ci il) yaş kateqoriyaları üzrə keçirilir.

Milli.Az


Etiketlər:  Ocaq Sport klubunun bədii gimnastika üzrə 2 ci açıq birinciliyi çox gözəl təşkil olunub Yarış mükafatçısı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ