Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda apteki soydular

Sumqayıtda apteki soydular

Tarix: 5 Aprel 2023 20:50

Sumqayıtda aptekdən soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, aprelin 3-də saat 22 radələrində Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisindəki apteklərin birindən 187 manat dəyərində gigiyenik vasitənin soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Gündüz Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Sumqayıtda apteki soydular


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ