Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Şakirasız daha xoşbəxtəm" - Pike

Tarix: 6 Aprel 2023 20:24

İspaniyalı futbolçu Jerar Pike Şakiranı və onun pərəstişkarlarını açıq şəkildə tənqid edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, müsahibələrinin birində Şakirasız özünü daha xoşbəxt hiss etdiyini bildirib.

İdmançı sənətçinin fan-klubunun sosial şəbəkələrdə onun haqqında mənfi fikirlər yazdığını bildirib:

"Bu barbarlıqdır. Həmin şəxslərin özlərinə məxsus həyatı yoxdur".

Qeyd edək ki, idmançı Şakira ilə 11 il evli olub. Onların bu evliliyindən iki oğlu var.

Milli.Az


Etiketlər:  Şakirasız daha xoşbəxtəm Pike


RƏYLƏR