Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna prezidentinin ofisi əks-hücum üçün şərtləri aşıqlayıb

Ukrayna prezidentinin ofisi əks-hücum üçün şərtləri aşıqlayıb

Tarix: 7 Aprel 2023 07:18

Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak əks-hücumun başlaması üçün dörd şərtin adını çəkib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Podolyak bildirib ki, Ukrayna silah ehtiyatı toplamalı, hərbçilərə təlim keçməli, əməliyyatı planlaşdırmalı, informasiya hücumları həyata keçirməlidir.

Birinci komponent əks-hücum üçün silah və texnikanın davamlı yığılmasıdır. İkincisi, Ukrayna hərbçilərinin bu əməliyyatda iştirak etmək üçün intensiv təlim keçməsi və koordinasiya etməsidir", - Podolyak vurğulayıb.

Müşavir Ukrayna Baş Qərargahı tərəfindən gözlənilən əməliyyatın planlaşdırılmasını da vurğulayıb. Bundan əlavə, Podolyak "düşmənin psixoloji vəziyyətinə təsir göstərmək" məqsədilə informasiya hücumlarının hazırlanmasından danışıb.

Milli.Az


Etiketlər:  Ukrayna prezidentinin ofisi əks hücum üçün şərtləri aşıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ