Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha bir məşhur aparıcı "Space TV"dən AYRILIR - FOTO

Daha bir məşhur aparıcı

Tarix: 7 Aprel 2023 08:40

Aparıcı Zamirə Dadaşova illərdir çalışdığı "Space TV"dən gedir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Aparıcı sözügedən kanalda yayımlanan və müəllifi olduğu "Açıq söhbət" verilişinin bağlandığını bildirib:

"Birinci gün "Space TV"dən ayrılmağı düşünürəm. İlk iş yerim AzTV - 10 il, ikinci iş yerim "Space TV" - 17 il olub. Heç iş yeri dəyişdirməyi sevməmişəm. Maaş verə bilmədikləri zamanda belə başqa yerlərdən təkliflər gəlsə də ayrıla bilməmişəm. Düzələr deyib, davam etmişəm. Çox qəribə hisslər keçirirəm. Bilmirəm sevinim, yoxsa üzülüm. Yeganə üzüldüyüm məqam məncə müəllifi olduğum "Açıq söhbət" verilişinin bağlanmasıdır. Hər halda tamaşaçılar, ziyalılar tərəfindən sevilən veriliş idi. Və əlbətdə əxlaqı, mənəviyyatı, dəyərləri, dilimizi korlayan, məhv edən verilişlərin çoxalmasıdır həm də məni üzən. Təəssüf pul önə keçəndə mənəviyyat da, mədəniyyət də, dəyərlər də, kişilik də axırdan birinci yerdə durur. Hamıya uğurlar".

Qeyd edək ki, Turan İbrahimov da bu telekanaldan ən son ayrılan məşhur teleaparıcılardan biridir.

Milli.Az


Etiketlər:  Daha bir məşhur aparıcı Space TVdən AYRILIR FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ