Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda polis əməkdaşı faciəvi şəkildə öldü

Azərbaycanda polis əməkdaşı faciəvi şəkildə öldü

Tarix: 7 Aprel 2023 10:12

Goranboy rayonunda polis yol qəzasında dünyasını dəyişib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Milli.Az-a açıqlamasında bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Zeyvə kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

Dərhal Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Rəşad Məhərrəmov idarə etdiyi "Opel" markalı avtomobil ilə idarə etməni itirib və nəticədə avtomobil aşıb. Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb, sərnişin - Goranboy Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı, 1996-cı il təvəllüdlü Yusif İbrahimli isə ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Azərbaycanda polis əməkdaşı faciəvi şəkildə öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ