Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2023 14:38
"PSJ"nin argentinalı hücumçusu Lionel Messi klub səviyyəsində Avropada ən çox qol vuran Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldonun rekordunu yeniləyib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Messi Fransa çempionatının 30-cu turunda "Nitsa" ilə oyunda qol vuraraq buna nail olub.
Bu qol Messi üçün Avropa klubunda çıxış edərkən vurduğu 702-ci qol olub. Hücumçu "Barselona"nın heyətində 672, "PSJ"də isə 30 qol vurub.
Qeyd edək ki, Kriştianu Ronaldonun isə 701 qolu var ("Real Madrid"də 450, "Mançester Yunayted"də 145, "Yuventus"da 101, "Sportinq"də 5).