Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2023 19:24
İdman yuxusuzluğun erkən ölüm riskini azaldır.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə Quançjou Tibb Universitetinin çinli alimləri məlumat yayıb.
Akselerometr qolbaq taxan 40-73 yaş arası 92.000 insanın məlumatlarına baxılıb. Yeddi illik təqib zamanı 3080 iştirakçı ölüb. Bunlardan 1074-ü ürək-damar xəstəliklərindən, 1871-i isə xərçəngdən həyatını itirib.
Həmin insanların yuxu müddəti üç variantda ifadə edilib: qısa (altı saatdan az), normal (altıdan səkkiz saata qədər) və ya uzun (səkkiz saatdan çox).
Fiziki fəaliyyət səviyyəsi də aşağı, orta və yüksək səviyyələrə bölünüb. Bunlarla yanaşı, idman fəaliyyətinin intensivlik dərəcəsi də nəzərə alınıb .
Yaş, cins, etnik mənsubiyyət, məhrumiyyətlər, təhsil səviyyəsi, bədən kütləsi indeksi, pəhriz, siqaret, spirt istifadəsi və iş qrafiki ilə bağlı düzəlişlərdən sonra tədqiqatçılar idmanın az və ya çox yuxunun mənfi təsirlərini neytrallaşdırdığını aşkar edib.
Az fəaliyyətdə olan şəxslər daha çox, ya da qısa yatdıqları məlum olub. Nəticədə bu səbəblərdən ölüm riski 16% və 37% artıb.
Orta səviyyədə idmanla məşğul olanlar yalnız kifayət qədər yatmamaqdan əziyyət çəkiblər(vaxtından əvvəl ölmə ehtimalı 41 faiz).
Çox fiziki fəaliyyətlə, idmanla məşğul olan şəxslərin erkən ölüm arasında heç bir əlaqə tapılmayıb.
Ən sonda isə az yatan və məşq edən insanlar arasında tədqiqat aparılıb. Nəticədə onların ürək-damar xəstəliklərindən əziyyət çəkdiyi və ölüm riskinin 69 faiz artdığı ortaya çıxıb.