Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

KOBİA və Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandumu imzalanıb

KOBİA və Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandumu imzalanıb

Tarix: 11 Aprel 2023 09:56

Sənəd ticarət, investisiya imkanları, iqtisadi əməkdaşlıq, KOB sahəsində yeniliklər və müxtəlif tədbirlərə dair qarşılıqlı məlumat, KOB-lara xidmət sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əməkdaşlığın təşviqi və dəstəklənməsi, birgə tədbirlərin təşkili məsələlərini nəzərdə tutur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Astana şəhərində hər iki ölkənin dövlət başçılarının iştirakı ilə bir sıra sənədlər, o cümlədən KOBİA və Qazaxıstanın Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Ayan Yerenov imzalayıblar.

Memorandumda hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın təşviqi və dəstəklənməsi, ticarət, investisiya imkanları, iqtisadi əməkdaşlıq, KOB sahəsində yeniliklər və müxtəlif tədbirlərə dair qarşılıqlı məlumat, KOB-lara xidmət sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbir və sərgilərin təşkili kimi məsələlər nəzərdə tutulur.

Milli.Az


Etiketlər:  KOBİA Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandumu imzalanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ