Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2023 12:40
"Tesla" və "SpaceX" şirkətlərinin sahibi, 2022-ci ildən tvitterə rəhbərlik edən amerikalı milyarder İlon Mask uyğun alıcı tapacağı təqdirdə sosial şəbəkəni satmağa hazır olduğunu açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə Mask BBC-yə müsahibəsində danışıb. O, yeni şirkəti idarə etməyin asan olmadığını və bunun ağrılı proses olduğunu bildirib.
Milyarder həmçinin qeyd edib ki, hazırda ona tvitter üçün 44 milyard dollar təklif edilsə, onu dərhal satmayacaq.
Qeyd edək ki, İlon Mask sosial şəbəkəni ötən il 44 milyard dollara almışdı.