Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çəkiliş zamanı bədbəxt hadisə - VİDEO

Çəkiliş zamanı bədbəxt hadisə - VİDEO

Tarix: 14 Aprel 2023 19:48

Rusiyanın paytaxtı Moskvada "Anormal" filminin çəkilişləri zamanı bədbəxt hadisə baş verib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, çəkiliş zamanı işıqlandırma qurğusu yoldan keçən yaşlı təqaüdçü qadının üzərinə düşüb.

Məlumata görə, filmin texniki heyəti üzərində çox sayda ağır lampa olan qurğunu dartıb apardığı zaman qurğu aşıb. Nəticədə həmin vaxt yoldan keçən 87 yaşlı Valentina İvanovna adlı qadının başına düşüb. Qadın ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Hazırda yaşlı qadın xəstəxanadadır və ona beyin silkələnməsi diaqnozu qoyulub.

Hadisə ilə bağlı istintaqa başlanılıb.


Etiketlər:  Çəkiliş zamanı bədbəxt hadisə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ