Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəbnəm uzun müddət sonra səhnəyə qayıdır - FOTO

Şəbnəm uzun müddət sonra səhnəyə qayıdır - FOTO

Tarix: 15 Aprel 2023 13:14

Türkiyənin məşhur rok ifaçısı Şebnem Ferah uzun aradan sonra səhnəyə qayıdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, "Instagram"da ad günü ilə bağlı paylaşdığı fotoya qeyd edib.

Pandemiyanın başlanması ilə səhnədən uzaqlaşan sənətçi 51-ci ad günündə yazıb:

"3 ildən çoxdur ki, sizinlə mahnı ifa etmirəm. Hər şeyə inanardım, amma bu qədər uzun müddət ifa etmədən qala biləcəyimə inanmazdım. Gec olsun, güc olsun".

Müğənninin müjdə paylaşımı izləyicilərinin sevincinə səbəb olub.

Milli.Az


Etiketlər:  Şəbnəm uzun müddət sonra səhnəyə qayıdır FOTO


RƏYLƏR