Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan bayrağa görə bu hüquqdan mərhum edilə bilər

Ermənistan bayrağa görə bu hüquqdan mərhum edilə bilər

Tarix: 16 Aprel 2023 14:32

İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı insident səbəbindən Ermənistan ağır atletika üzrə dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum edilə bilər. 

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu "Sputnik Ermənistan"a müsahibəsində Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib.

"Ən acınacaqlısı odur ki, biz, dünən, hadisədən əvvəl 2024-cü il Dünya çempionatına ev sahibliyi etmək hüququ qazanmışıq. Bu, bizim üçün müstəsna bir fürsət oldu", - deyə o bildirib.

Giloyanın sözlərinə görə, erməni tərəfi beynəlxalq tərəfdaşlarla danışıqlar aparır və idmançıların fiziki təhlükəsizliyi ilə bağlı heç bir problemin olmadığını sübut etməyə çalışır.

"Biz vəziyyəti yumşaltmaq üçün hər şeyi etməyə çalışacağıq ki, nəticələr ağır olmasın", - Giloyan bildirib.

Eyni zamanda, nazir müavini hesab edir ki, Ermənistan Ağır Atletika Federasiyasına qarşı sərt sanksiyalar tətbiq edilməyəcək. Onun sözlərinə görə, hadisə zamanı zalda Avropa Ağır Atletika Federasiyasının prezidenti Antonio Konflitti də olub.


Etiketlər:  Ermənistan bayrağa görə hüquqdan mərhum edilə bilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ