Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çili Prezidenti ölkədəki iğtişaşlarla bağlı: Ölkəmiz müharibədədir

Çili Prezidenti ölkədəki iğtişaşlarla bağlı: Ölkəmiz müharibədədir

Tarix: 21 Oktyabr 2019 09:44

Bakı. Trend:

Çili Prezidenti Sebastyan Pinyera ölkədə davam edən iğtişaşlar nəticəsində yaranmış vəziyyəti müharibə şəraiti ilə müqaysə edib.

Trend-in məlumatına görə, ölkə başçısı yerli telekanalda xalqa müraciəti zamanı "Biz müharibədəyik" deyə fikir səsləndirib.

O, güc tətbiqetmə hallarına görə bütün məsuliyyəti daşıyanları qınayıb.

Qeyd edək ki, iğtişaşlara və polislə toqquşmalara çevrilən etirazlar bazar ertəsi günü Santyaqoda metronun qiyməti orta hesabla 30 peso ($ 0,04) maksimum 850 peso ($ 1.2) qədər artdıqdan sonra başlayıb.

Son məlumata görə, qarşıdurma zamanı ölənlərin sayı 10 nəfər çatıb, 1400-dən çox şəxs isə saxlanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Çili Prezidenti ölkədəki iğtişaşlarla bağlı Ölkəmiz müharibədədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ