Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa çempionatı: İki güləşçimiz finala yüksəldi

Avropa çempionatı: İki güləşçimiz finala yüksəldi

Tarix: 17 Aprel 2023 21:54

Azərbaycanın sərbəst güləşçisi Səbuhi Əmiraslanov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksələ bilməyib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, 79 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Vasili Mixaylova (Ukrayna) məğlub olub.

O, sabah bürünc medal uğrunda qüvvəsini sınayacaq. 65 kq-dakı Əli Rəhimzadə isə rəqibi finala çıxdığı üçün təsəlliverici qarşılaşmada mübarizə aparacaq. 

Daha əvvəl Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) həlledici görüşə vəsiqə qazanıblar. 

Bu gün, həmçinin, Maqomedxan Maqomedov (97 kq) da yarımfinal qarşılaşmasına çıxacaq. 

Milli.Az


Etiketlər:  Avropa çempionatı İki güləşçimiz finala yüksəldi


RƏYLƏR