Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Yaxın zamanlarda Şuşada ikinci böyük yaşayış kompleksinin təməli qoyulacaq

Prezident: Yaxın zamanlarda Şuşada ikinci böyük yaşayış kompleksinin təməli qoyulacaq

Tarix: 18 Aprel 2023 17:03

Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir. Biz ikinci böyük yaşayış kompleksinin, yəni, bir çox evlərdən ibarət layihənin təməlini yaxın zamanlarda qoyacağıq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlətimizin başçısı, həmçinin deyib ki, Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür.

Milli.Az


Etiketlər:  Prezident Yaxın zamanlarda Şuşada ikinci böyük yaşayış kompleksinin təməli qoyulacaq


RƏYLƏR