Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nərimanovda qəza zamanı avtomobildə sıxılıb qalan şəxsin kimliyi məlum olub (VİDEO)

Nərimanovda qəza zamanı avtomobildə sıxılıb qalan şəxsin kimliyi məlum olub (VİDEO)

Tarix: 21 Oktyabr 2019 10:30

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gecə Bakıda baş verən yol qəzasında avtomobildə sıxılıb qalan şəxsin kimliyi məlum olub.

Trend-in məlumatına görə, Nərimanov rayonunda "Kia" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində yol qəzası baş verib. Hadisə nəticəsində "Kia" markalı avtomobilin sərnişini, azyaşlı oğlan sıxılı vəziyyətdə qalıb.

Qəza yerinə cəlb olunan Fövqaladə Hallar Nazirliyinin xilasediciləri avtomobildən 2009-cu il təvəllüdlü Babayev İlyas Əli oğlunu çıxararaq aydiyyəti üzrə təhvil veriblər. Təcili yardımla 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan İ.Babayev qapalı kəllə-beyin travması diaqnozu qoyulub.


Etiketlər:  Nərimanovda qəza zamanı avtomobildə sıxılıb qalan şəxsin kimliyi məlum olub VİDEO


RƏYLƏR