Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəyanətlə üzləşən qadından ağlasığmaz əməl

Xəyanətlə üzləşən qadından ağlasığmaz əməl

Tarix: 19 Aprel 2023 06:06

Türkiyədə xəyanətə məruz qalan qadın dəhşət yaşadıb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, hadisə Denizli şəhərində qeydə alınıb. 18 ildir evli olan 40 yaşlı Kerzi Y. əri həmyaşıdı Gökhan Y-nın onu aldatmasından şübhələnib. Qadın ərinin izinə düşərək, onun bir özbək qızla sevgili olduğunu və münasibətlərindən uşaqlarının olmasını da öyrənib.

Hiddətlənən Kerzi Y. Özbək qadının Pamukkaledəki evinə gedərək sulfat turşusunu ("kislota") qadının və 2 aylıq uşağın üstünə atıb. Nəticədə onlar xəsarət alıblar. Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti normal olsa da, körpənni həyati təhlükəsi davam edir.

Hadisəni törədən Kerzi Y. yaşadığı evdə saxlanılaraq, istintaqa təhvil verilib. Araşdırma aparılır.


Etiketlər:  Xəyanətlə üzləşən qadından ağlasığmaz əməl


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ