Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada şok yazı: Meyitlər meşədə qalıb, götürən yoxdur!

Rusiyada şok yazı: Meyitlər meşədə qalıb, götürən yoxdur!

Tarix: 19 Aprel 2023 10:04

Rusiyanın Yekaterinburq şəhərində reklam üçün istifadə edilən elektron lövhələrə müdaxilə edilib və orada Ukrayna ilə döyüşə göndərilən hərbçilərin və onların yaxınlarının cəbhədəki ağır vəziyyətlə bağlı yazışmaları əks olunub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, yerli sakinlər elektron reklam lövhələrinin fotolarını çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Reklam lövhələrinin birində qeyd olunub ki, Ukraynaya döyüşə göndərilən rusiyalı hərbçilər yemək tapmırlar, üstəlik, köhnə pulemyotlarla silahlanıblar:

"Hərbi avadanlığın yarısı yarı yolda xarab olub. Çağırışçılar harada olduqlarını anlamırlar və geri çəkilmək istəyəndə dərhal öz silahdaşları tərəfindən atəşə tutulurlar. Meşədə çoxlu meyit var və heç kim onları ərazidən çıxarmır".

Digər elektron reklam lövhələrində də Rusiya ordusunun ağır durumunu təsvir edən yazılar öz əksini tapıb.

Milli.Az


Etiketlər:  Rusiyada şok yazı Meyitlər meşədə qalıb götürən yoxdur


RƏYLƏR