Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2019 11:08
“Bavariya” ciddi itki ilə üzləşib.
Qol.az klubun saytına istinadən verir ki, Münhen təmsilçisinin futbolçusu Niklas Züle zədələnib.
“Bavariya”nın Bundesliqanın 8-ci turunda “Ausburq”la qarşılaşdığı oyunun (2:2) 12-ci dəqiqəsində zədələnərk meydanı tərk edən Züle artıq əməliyyat olunub.
Almaniya mətbuatı 24 yaşlı alman müdafiəçinin ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacağını yazıb.
Qeyd edək ki, Züle bu mövsüm Bundesliqada 8 qarşılaşmada iştirak edib.