Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mətanət Elza ilə BARIŞDI - VİDEO

Mətanət Elza ilə BARIŞDI - VİDEO

Tarix: 19 Aprel 2023 16:25

Bir-birinə düşmən kəsilən Əməkdar artist Elza Seyidcahan və müğənni Mətanət Əsədova barışıb. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu barədə aparıcı Elgiz Əkbərin "YouTube" kanalında paylaşılan videoda məlum olub. 

Seyidcahanla bir araya gələn Əsədova onun üzündən öpərək, səmimi şəkildə görüşüb. 

Qeyd edək ki, Elza ilə Mətanət arasında qalmaqal illər əvvəl Xəzər TV-də yayımlanan "Hər Şey Daxil" verilişində baş verib. Seyidcahan sözügedən proqramın canlı efirinə zəng edərək "Gəncləri korlayan Manaflar, Mətanətlər var" sözlərini dilə gətirib. Daha sonra ikili arasında dava yaşanıb. Baş verənlərdən sonra sözügedən verilişin bağlanması ilə bağlı qərar verilib.

Milli.Az


Etiketlər:  Mətanət Elza ilə BARIŞDI VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ