Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa çempionatı: Mariya Stadnik finalda

Avropa çempionatı: Mariya Stadnik finalda

Tarix: 19 Aprel 2023 19:30

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan 35 yaşlı idmançı finala gedən yolda polşalı Anna Lukasyakla qarşılaşıb.

Rəqibinə 9:0 hesabı ilə qalib gələn Stadnik həlledici qarşılaşmaya vəsiqə qazanıb. Ukrayna əsilli səkkizqat Avropa çempionunun finaldakı rəqibi həmyerlisi Oksana Livaç (Ukrayna) olacaq.

Milli.Az


Etiketlər:  Avropa çempionatı Mariya Stadnik finalda


RƏYLƏR