Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2023 20:32
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, 50 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada ukraynalı Oksana Livaçla üz-üzə gəlib.
Rəqibini 9:4 hesabı ilə məğlub edən Stadnik 9-cu dəfə Avropa çempionu olub.
Bu gün, həmçinin, Elnurə Məmmədova (55 kq) və Alyona Kolesnik (59 kq) bürünc medal uğrunda güləşəcəklər.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 6 medalla komanda hesabında Avropa çempionu olublar. Yarış aprelin 23-də başa çatacaq.