Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2023 20:33
Amerikalı mütəxəssislər 2-ci tip şəkərli diabet riskini artıran qidaların adını açıqlayıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, az karbohidratlı və heyvan mənşəli qidalar 2-ci tip şəkərli diabet riskini artırır.
Alimlər müəyyən ediblər ki, zülal və yağları heyvan mənşəli qidalardan əldə edən və az karbohidratlı qidalar qəbul edən insanlarda 2-ci tip diabetə tutulma riski 35 faiz, bitki mənşəli zülal və yağ qəbul edən insanlarda isə 29 faiz aşağıdır.
Müşahidə olunub ki, bitki mənşəli qidalar qəbul edən insanlarda zərif şəkər qəbulu azalarsa, 2-ci tip şəkərli diabetə tutulma riski də 15 faiz azala bilər.