Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da kütləvi qətllər rekord həddə çatır

ABŞ-da kütləvi qətllər rekord həddə çatır

Tarix: 22 Aprel 2023 08:04

ABŞ-da bu il kütləvi qətllər rekord həddə çatır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Əl Ərəbiyyə Nyus" məlumat yayıb.

Məlumata görə, 111 gün ərzində 17 kütləvi qətldə 88 nəfərin həyatına son qoyulub. Hər dəfə qatillər odlu silahlardan istifadə ediblər.

ABŞ Prezidenti Co Bayden keçən il silah zorakılığı ilə bağlı qanun layihəsini imzalamış, ən gənc silah alıcıları üçün öncədən yoxlamaları sərtləşdirmişdir.

Ekspertlər və hüquq müdafiəçiləri ABŞ-da son illərdə silahların yayılmasını, o cümlədən pandemiyanın yüksək olduğu dövrdə rekord silah satışlarını bu cür hadisələrə səbəb kimi göstərirlər.


Etiketlər:  ABŞ kütləvi qətllər rekord həddə çatır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ