Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bavariya'' şokda

''Bavariya'' şokda

Tarix: 22 Aprel 2023 22:04

Almaniya Bundesliqasının 29-cu turunda "Bavariya" evdə "Maynts"a məğlub olub.

Sonxeber.net "report"a istinadən bildirir ki, qalib komandanın qollarını Lüdovik Ajork (65), Leandro Barreyro (73) və Aaron Karikol (79) vurub, "Bavariya"nın heyətində isə "Liverpul"un sabiq futbolçusu Sadio Mane (30-cu) fərqlənib - 1:3.

Martın 24-də "Bavariya"da baş məşqçi dəyişdirilib. Yulian Nagelsmann əvəzinə komandaya Tomas Tuxel gəlib. Bu həftə "Bavariya" Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərənin "Mançester Siti"sinə uduzaraq (0:2, 1:1) turniri tərk edib. Tuxelin təyinatından sonra Münxen komandası yeddi oyundan yalnız ikisini qazanıb və Almaniya Kuboku uğrunda yarışdan çıxıb.

"Bavariya" 59 xalla Almaniya çempionatının cədvəlinə başçılıq edir. "Borussiya Dortmund"un aktivində 57 xalı və ehtiyatda 1 oyunu var. "Maynts" 45 xalla altıncı yerdədir.

Növbəti turda "Bavariya" aprelin 30-da evdə "Herta" ilə qarşılaşacaq.


Etiketlər:  Bavariya şokda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ