Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Kara Sevda"nın aktyoru xanımını məhkəməyə verdi - Yanıma yaxınlaşmasın

Tarix: 23 Aprel 2023 18:25

Türkiyəli aktyor Burak Sergen boşanma ərəfəsində olduğu həyat yoldaşı Nihan Ünsaldan şikayətçi olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor Ünsalın mütəmadi onu təhqir etdiyini və evinə gələrək narahat etdiyini bildirib. Sergen canının təhlükədə olduğunu deyərək, məhkəmədən qorunma qərarının almasını tələb edib.

Tələbi haqqlı hesab edən hakim Nihanın 1 ay aktyora yaxınlaşmamasına qərar verib. Əks təqdirdə Ünsal 3 gündən 10 günə kimi həps olunacaq.

Qeyd edək ki, aktyor 4 aylıq evli olduğu həyat yoldaşı xəyanət etdiyi üçün ayrılıq qərarı alıb.

Milli.Az


Etiketlər:  Kara Sevdanın aktyoru xanımını məhkəməyə verdi Yanıma yaxınlaşmasın


RƏYLƏR