Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnsanların 20 min il öncə yapışqandan istifadəsi sübut olundu - FOTO

İnsanların 20 min il öncə yapışqandan istifadəsi sübut olundu - FOTO

Tarix: 24 Aprel 2023 01:02

İspaniyanın iki universitetinin alimləri müəyyən ediblər ki, 20 min il əvvəl qədim insanlar ox tutacaqlarına daş əlavələr yapışdırmaq üçün yapışqandan istifadə ediblər.

Tapıntı İspaniyada yerləşən El Buş mağarasında aşkar olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mağarada qədim sənət əsərləri, o cümlədən at və maral kimi heyvanların təsvirləri, eləcə də qədim ov tələlərinin erkən təsvirləri olan həndəsi fiqurlar tapılıb.

Həmçinin, ərazidə qədim alətlər, o cümlədən çaxmaq daşı və kvarsitdən hazırlanmış kəsiklər də aşkar edilib. Buradan tapılan heyvan sümüklərinin tədqiqi göstərir ki, mağaradan yazda gənc maralların, eləcə də keçilərin mövsümi ovlanması üçün istifadə olunub.

İnfraqırmızı mikroskopdan istifadə etməklə ox başlıqlarının təhlili sübut edib ki, qədim ovçular ox millərinə ucluqları yapışdırmaq üçün şam qətranı və bal mumu qarışığından yapışqan kimi istifadə ediblər.

Tədqiqatçıların fikrincə, bu, yapışqanın istifadəsinin ən qədim sübutudur.

Milli.Az


Etiketlər:  İnsanların 20 min il öncə yapışqandan istifadəsi sübut olundu FOTO


RƏYLƏR