Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2023 08:34
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 24 və 25-də BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak edəcəyi Nyu-Yorka səfər edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, tədbirlər bu ay Rusiyanın Təhlükəsizlik Şurasında sədrliyi çərçivəsində keçiriləcək.
Lavrovun bazar ertəsi BMT-nin baş katibi Antonio Quterreşlə görüşü gözlənilir. Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirmişdi ki, Rusiyanın müzakirə üçün çoxlu mövzuları var. Əsas məsələlərdən biri taxıl sövdələşməsi ətrafında vəziyyət olacaq: Moskva Rusiya taxılının və gübrələrinin ixracına maneələrin aradan qaldırılmasında irəliləyişin olmamasından narahatdır. Hazırkı vəziyyət müqavilənin uzadılması ehtimalını təhlükə altına qoyur.