Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zimbabve qızılla dəstəklənən rəqəmsal valyuta buraxacaq

Zimbabve qızılla dəstəklənən rəqəmsal valyuta buraxacaq

Tarix: 24 Aprel 2023 14:12

Zimbabve Ehtiyat Bankı ölkədə qızılla dəstəklənən yeni rəqəmsal valyuta təqdim etmək niyyətindədir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə maliyyyə-kredit təşkilatının rəhbəri Con Manqudia məlumat verib.

O qeyd edib ki, rəqəmsal valyutanın tətbiqi ölkənin mərkəzi bankının milli valyutanı sabitləşdirmək üçün həyata keçirdiyi müdaxilə növlərindən biridir.

Bildirilir ki, yeni rəqəmsal valyutaya, ilk növbədə, kiçik bank əmanətçiləri arasında tələbat olacaq. Onlar öz vəsaitlərini bu alətə köçürə və bununla da Zimbabve dollarının zəifləməsi şəklində qiymət risklərinin təsirini kompensasiya edə biləcəklər.

Milli.Az


Etiketlər:  Zimbabve qızılla dəstəklənən rəqəmsal valyuta buraxacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ