Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2023 21:00
"Kızılcık şerbeti" serialı ilə bağlı RTÜK-ün (Türkiyədə Radio və Televiziya Ali Şurası) verdiyi 5 dəfə yayımlanmama cəzasının ardından açılan məhkəmə işi yekunlaşıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, Ankara İnzibati Məhkəməsi tərəfindən verilən qərara əsasən qadağa ləğv edilib. Bununla da serialın növbəti bölümü bu həftə yayımlanacaq.
Qeyd edək ki, serialda qadına şiddət, dini mövzularda ekranlaşdırılan kadrlar müzakirələrə səbəb olmuşdu. Bunun ardınca RTÜK serialın 5 həftə yayımını əngəlləyib və 1,5 milyon lirə məbləğində cərimə edib. Telekanal isə qərarla bağlı məhkəməyə müraciət ünvanlamışdı.