Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyadan Ermənistana qarşı SANKSİYA - Qazın qiyməti sürətlə bahalaşır

Rusiyadan Ermənistana qarşı SANKSİYA - Qazın qiyməti sürətlə bahalaşır

Tarix: 27 Aprel 2023 16:15

Rusiya Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb.

Milli.Az-ın xəbərinə görə, ermənilər narazılıq edirlər ki, Rusiya Ermənistanı müəyyən güzəştlərə getməyə və diktə edilmiş şərtlərlə razılaşmağa məcbur etmək üçün iqtisadi sanksiyalara əl atıb, Ermənistanın süd məhsullarının Rusiyaya ixracını qadağan edib. 

Belə görünür ki, indi növbə digər növ kənd təsərrüfatı məhsullarının ixracına və Rusiyadan Ermənistana maye qazın idxalına məhdudiyyətlərə çatıb.

Erməni fermerlər və yük maşınları günlərlə kənd təsərrüfatı məhsullarını Rusiyaya apara bilmədiklərini bildirirlər. Gürcüstanda erməni sürücülərə və fermerlərə deyilir ki, bu, Rusiya tərəfinin qəbul etdiyi qərardır.

Ermənilər ondan da şikayətlənirlər ki, rusların qərarları nəticəsində Ermənistanda istixana təsərrüfatları böyük itkilərə məruz qalır.

Bundan əlavə, Ermənistana maye qaz idxal edən yük maşınları yanacaq doldurmaq üçün Rusiyaya daxil ola bilmir. Nəticədə Ermənistanda maye qazın qiyməti son bir ayda demək olar ki, 80 faiz artıb.

Rusiya tərəfi bu məhdudiyyətləri texniki problemlərlə izah etsə də görünən odur ki, baş verənlər Ermənistana qarşı iqtisadi sanksiyalardır və bunun arxasında siyasi sifariş dayanır.

Milli.Az


Etiketlər:  Rusiyadan Ermənistana qarşı SANKSİYA Qazın qiyməti sürətlə bahalaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ