Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Klopp ət istədi, ancaq balıq ala bildi" - Mourinyo

Tarix: 21 Oktyabr 2019 19:32

Joze Mourinyo "Mançester Yunayted"lə bərabərə qalaraq qalibiyyət seriyasını başa çatdıran "Liverpul" haqda danışıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis Premyer Liqanın 9-cu turunda 1:1 hesabı ilə başa çatan sözügedən görüşün "Liverpul"un baş məşqçisi Yürgen Kloppun istədiyi kimi bitmədiyini deyib:

"Klopp menyunu bəyənmədi. O, ət istədi, ancaq balıq ala bildi. "Mançester Yunayted" fərqli üslubda futbol oynadı. Qəbul edirəm ki, "Liverpul" qələbə qazanmadığı üçün sevindim. Çünki 9 matçlıq  qələbə seriyası "Çelsi" ilə mənə aid idi. "Old Trafford" "Liverpul"un qalibiyyəti üçün özəl yerdir, ancaq Klopp bunu heç bacara bilmədi".

Qeyd edək ki, "Liverpul" ölkə çempionatında ilk 8 turda qələbə qazansa da, sonra turda "MY" ilə heç-heçə edərək "Çelsi"nin 9 matçlıq rekordunu qıra bilməyib.

 


Etiketlər:  Klopp ət istədi ancaq balıq ala bildi Mourinyo


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ