Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neftimizin qiyməti 84 dollara çatır

Neftimizin qiyməti 84 dollara çatır

Tarix: 29 Aprel 2023 09:24

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,95 ABŞ dolları, yaxud 2,38 % artaraq 83,8 ABŞ dolları təşkil edib.

Bu barədə report-a neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçersləri 79,54 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Etiketlər:  Neftimizin qiyməti dollara çatır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ