Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''“Yataq səhnələrini atamın baxacağından utandığım üçün çəkmirdim'' - azərbaycanlı rejissor

''“Yataq səhnələrini atamın baxacağından utandığım üçün çəkmirdim'' - azərbaycanlı rejissor

Tarix: 29 Aprel 2023 11:25

"Yataq səhnələrini atamın baxacağından utandığım üçün çəkmirdim. Artıq buna fikir vermirəm. Deyirəm ki, eybi yoxdur, atam həmin səhnəni ötürər".

Sonxeber.net xəbər verir ki, bunu BAKU.TV-də yayımlanan "Qapqara" verilişində rejissor Emil Quliyev deyib.

"Pərdə" trilogiyası, "Körpü", "Əqrəb mövsümü" serialları ilə məşhurlaşan rejissor son filmi olan "Pərdəarxası"na kinoteatrda baxılmamasından şikayətlənib.

"Film çəkmək üçün daha heç kimdən pul istəməyəcəyəm. Kimsə sifarişlə çəkdirmək istəsə, onda razı olacağam", - deyə o qeyd edib.

E.Quliyev kinodan pul qazanmaqda əsas məqsədinin yeni filmlərin çəkilişi olduğunu deyib:

"Mənim onsuz da qazanc yerim var. Film çəkmək nəyimə lazımdır?! Bunu tamaşaçı üçün edirəm".


Etiketlər:  Yataq səhnələrini atamın baxacağından utandığım üçün çəkmirdim azərbaycanlı rejissor


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ