Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2023 12:16
2023-cü ilin yanvar-mart aylarında Türkiyənin turizmdən əldə etdiyi gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz artaraq 8 milyard 690 milyon 505 min dollara çatıb.
Bu barədə TurkicWorld-a Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, Türkiyədə mart ayında turizmdən əldə edilən gəlir 2022-ci ilin eyni ayı ilə müqayisədə 467 min 626 dollar artaraq 2 milyon 906 min 758 dollara çatıb.
Statistikada o da qeyd olunub ki, 2023-cü ilin yanvar-mart aylarında Türkiyəni ziyarət edən turistlərin sayı 26,8 faiz artaraq 8 milyon 181 min 566 nəfər təşkil edib.
"Keçən ilin mart ayında ölkəyə gələn turistlərin sayı 2 milyon 442 min 196 təşkil edib ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 346 min 799 nəfər artaraq 2 milyon 788 min 995 nəfərə çatıb", - deyə məlumatda qeyd olunub.
Məlumatda o da əlavə edilib ki, Türkiyəyə gələn turistlərin 46,6 faizi gəzmək, əyləncə, idman və ölkə mədəniyyəti ilə bağlı digər fəaliyyətlər, 32,4 faizi qohum və dostlarını ziyarət etmək üçün, 8,5 faizi isə alış-veriş məqsədilə ölkəni ziyarət edib.