Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Əsir əsgərlərin ekstradisiyası nəzərdə tutulmayıb”

“Əsir əsgərlərin ekstradisiyası nəzərdə tutulmayıb”

Tarix: 3 May 2023 18:42

"Hazırkı mərhələdə azərbaycanlı əsgərlərin ölkələrinə ekstradisiyası nəzərdə tutulmayıb".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş prokuroru Anna Vardapetyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, azərbaycanlı hərbçilər Aqşin Bəbirov və Hüseyn Axundovun ekstradisiyası hazırkı məhkəməyəqədərki mərhələdə və qanunla nəzərdə tutulmayıb. 
Xatırladaq ki, aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Daha sonra azərbaycanlı hərbçilər "bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunaraq barələrində həbs qərarı verilib. Bununla yanaşı, sonradan Hüseyn Axundov barəsində daha bir  cinayət işi başlanılıb. O, "Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə" təqsirləndirilir.


Etiketlər:  Əsir əsgərlərin ekstradisiyası nəzərdə tutulmayıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ