Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2023 22:21
Ermənistanda hərbi tribunalın yaradılması məsələsinə baxılır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Çexiyada erməni icması ilə görüşündə deyib.
"Ermənistanda ixtisaslaşmış məhkəmələr var. Gündəliyə hərbi tribunalın yaradılması məsələsi də daxildir", - deyə Paşinyan bildirib.
Erməni baş nazir özünün mühakimə olunması məsələsini də şərh edib:
"Siz demək istəyirsiniz ki, mən mühakimə olunmağıma və güllələnməyimə razı olmalıyam? 2020-ci il müharibəsində xalq qarşısına çıxdım və dedim: Əgər hesab edirsinizsə ki, məni güllələmək lazımdır, o zaman mən divara söykənərəm. Əgər hansısa zamanda xalq buna qərar versə, hazıram. İstəyirsinizsə, güllələyin".